Tokioda keçirilən ilin ilk auksionunda 276 kq çəkisi olan mavi üzgəcli tuna balığı 207 milyon yeninə (1,3 milyon dollara) satılıb.
Kriminal.Az TASS-a istinadən xəbər verir ki, bu barədə hərrac təşkilatçıları məlumat yayıblar.
Satılan tuna balığı Aomori prefekturasının şimalında tutulub.
Bildirilir ki, ən bahalı balığı dadmaq üçün artıq növbəyə duran müştərilər var.