kriminal.az
Ursula fon der Lyayen korrupsiyada ittiham edilir

Belçika məhkəməsi Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenin COVID-19 peyvəndlərinin satın alınması prosesində korrupsiyaya bulaşması ehtimalını araşdıracaq.

Kriminal.Az xəbər verir ki, bu barədə TASS agentliyinə belçikalı fəal Frederik Baldan məlumat verib.

Frederik Baldan məhkəmə prosesinin yanvarın 6-da baş tutacağını vurğulayıb.

O əlavə edib ki, məhkəmə iclası Avropa İttifaqı qurumlarında korrupsiya aktlarını araşdırmalı olan Aİ prokurorluğunun tələbi ilə keçiriləcək.

"De-fakto Avropa Komissiyasının rəhbərinin toxunulmazlığı olsa da, Ursula fon der Lyayenin belə toxunulmazlığı ola bilməz, çünki o, səlahiyyətlərinin hüdudlarından çox kənara çıxıb", - deyə o əlavə edib.

Top
0.045436859130859