kriminal.az
Fransanın sabiq prezidenti Qəddafidən milyonlarla avro rüşvət alıb - İDDİA

Fransanın keçmiş Prezidenti Nikola Sarkozi 2007-ci ildə qalibi olduğu prezidentlik kampaniyasını maliyyələşdirmək üçün Liviyanın mərhum dövlət başçısı Müəmmar Qəddafidən milyonlarla avro nağd pul aldığı iddia edilir.

Kriminal.Az mk.ru-ya istinadən xəbər verir ki, məhkəmədə daha 12 nəfər, o cümlədən üç keçmiş nazir iştirak edir.

Bildirilir ki, 1980-ci illərdə "dövlət terrorunun sponsoru" statusuna görə Liviya ilə münasibətlər dondurulub. 2007-ci ildə seçildikdən qısa müddət sonra Sarkozi Qəddafini dövlət səfəri ilə qəbul edən ilk Qərb lideri kimi yadda qalıb. Lakin 2011-ci ildə Qəddafini devirmək üçün həyata keçirilən NATO-nun hava əməliyyatında Sarkozi Fransası öndə gedənlərdən olub.

Qeyd edilir ki, Sarkozi korrupsiya ittihamı ilə təqsirli bilinərsə, onu 10 ilə qədər həbs cəzası gözləyir.

Top
0.04880690574646