kriminal.az
Tibetdə 7.1 bal gücündə dəhşətli zəlzələ - Ölənlər var

Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda (TMR) baş verən güclü zəlzələ nəticəsində azı 9 nəfər həlak olub.

Kriminal.Az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilib ki, 7.1 bal gücündə zəlzələ Şiqadze şəhərinin yaxınlığında qeydə alınıb. Yeraltı təkanlar Nepal, Hindistan, Butan və Banqladeşdə də hiss olunub.

Çinin cənub-qərbindəki Tibet Muxtar Rayonunda, Nepalla sərhəddə 7.1 maqnitudalı zəlzələ olub.

Kriminal.Az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib.

Məlumata görə, yeraltı təkanların episentri Şiqadze şəhərindən 163 km aralıda yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə olub.

İtki və dağıntılar barədə məlumat verilməyib.

Top
0.047319889068604