Fransa Səhiyyə Nazirliyi ölkədə meymunçiçəyinin yeni "clade 1b" ştamının ilk yoluxma halını təsdiqləyib.
Kriminal.Az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.
"Fransa Əmək və Səhiyyə Nazirliyi ölkə ərazisində Britaniya bölgəsində meymunçiçəyi virusunun "clade 1b" variantı ilə insanın yoluxmasının ilk halı barədə məlumat alıb", - deyə materialda qeyd olunur.
Nazirliyin məlumatına görə, ilk yoluxmuş fransız Mərkəzi Afrikaya səyahət etməyib, lakin oradan qayıdan iki nəfərlə təmasda olub. Hazırda yoluxma mənbəyinin müəyyən edilməsi və onlarla təmasda olan bütün şəxslərin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.
"Clade Ib" ştamının partlayışı yayda Konqo Demokratik Respublikasında baş verib. Virus üşütmə, qızdırma, səpgi və digər dəri zədələnmələrinə səbəb olur və fiziki təmas zamanı ötürülür. Payızda meymunçiçəyinin ağır ştamı ilə ilk yoluxma halı barədə Böyük Britaniya, Hindistan, ABŞ, Almaniya və digər ölkələr məlumat vermişdi.
Dekabr ayının əvvəlində Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin direktoru Aleksandr Qinzburq bildirmişdi ki, mutasiyalar meymunçiçəyi virusunun hava-damcı yolu ilə ötürülməsinə səbəb ola bilər.
Daha əvvəl Konqoda 400-dən çox insan naməlum virusla yoluxub.