kriminal.az
Çin brendi

"Tesla" dünyanın ən böyük elektrik avtomobili istehsalçısı titulunu Çin nəhəngi BYD-yə uduzub.

Kriminal.Az xəbər verir ki, bu barədə meta.ua yazır.

2024-cü ildə "Tesla" 1 773 443 elektrik avtomobili istehsal edib. BYD isə 1 777 965 elektrik avtomobili istehsal edib ki, bu da "Tesla"dan təxminən 4 500 ədəd çoxdur.

Eyni zamanda, "Tesla" 2024-cü ildə daha çox elektrik avtomobili satıb (1.79 milyona qarşı 1.65 milyon ədəd). Lakin bu, analitiklərin fikrincə, ABŞ şirkətinin satışlarda üstünlüyə sahib olduğu son təqvim ili ola bilər.

Top
0.044873952865601