Ermənistan hökuməti Avropa İttifaqına (Aİ) qoşulma prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləyib.
Kriminal.Az-ın verdiyi məlumata görə, hökumətin iclası yerli xəbər portalları tərəfindən canlı yayımlanıb.
Bildirilib ki, bir neçə partiya və təşkilat tərəfindən təqdim edilən qanun layihəsinin Nazirlər Kabinetinin təsdiqindən sonra cari ayın sonunda parlamentdə müzakirə ediləcəyi gözlənilir.
"Bu, sözün birbaşa mənasında Ermənistanın Aİ-yə üzvlüyü demək deyil, çünki bu məsələ ilə bağlı qərar yalnız referendum yolu ilə qəbul edilə bilər. Lakin onu da qeyd etməliyik ki, referendumdan əvvəl müəyyən addımlar atmalıyıq: Avropa İttifaqı ilə yol xəritəsini müzakirə etməliyik", - deyə baş nazir Nikol Paşinyan qeyd edib.
Qeyd edək ki, layihəni xarici işlər naziri Ararat Mirzoyan təqdim edib. Hökumətin əsaslandırmasına görə, təsdiqləmə Ermənistan vətəndaşlarının Aİ-nin tam hüquqlu üzvü olacağı ilə bağlı gözləntilərini daha real edəcək, həmçinin gələcək müzakirələr üçün daha işlək mühit yaradacaq.