ABŞ Ədliyyə Departamenti Vaşinqton rəsmilərinin İrana nüvə materiallarının qaçaqmalçılıq yolu ilə keçirilməsində ittiham etdiyi Yaponiya cinayətkar qruplaşması "Yakudza"nın lideri Takeşi Ebisavanın günahını etiraf etdiyini açıqlayıb.
Kriminal.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Ədliyyə Departamentinin məlumatına görə, 60 yaşlı Takeşi Ebisava Nyu-Yorkdakı Manhetten məhkəməsində Myanmadan digər ölkələrə, o cümlədən İrana nüvə materiallarının qaçaqmalçılığında təqsirli bilinib.
Nyu-Yorkun Cənub bölgəsi üzrə prokuroru Edvard Kim bildirib ki, Ebisavanın qanunsuz yollarla keçirdiyi nüvə materialları sırasında plutonium da var.