kriminal.az
Ötən il milyard dollarlarla dəyəri olan kriptovalyuta oğurlanıb

2024-cü il kriptovalyutalarla bağlı haker fəaliyyətində əhəmiyyətli artım olub. Analitiklərin fikrincə, ötən ildə haker hücumları və fırıldaqçılıq nəticəsində kriptoitkilərin ümumi dəyəri 3.01 milyard dolları ötüb.

Kriminal.Az xəbər verir ki, bu barədə "PeckShield" kibertəhlükəsizlik şirkəti məlumat yayıb.

Bunun 2.15 milyard dolları (71%) haker hücumları nəticəsində, 834.5 milyon dolları (29%) isə fırıldaqçılar tərəfindən oğurlanıb. Eyni zamanda, təxminən 488.5 milyon dollar dəyərində oğurlanmış kriptovalyutalar geri qaytarılıb.

İndiyədək rekord məbləğ 2022-ci ildə qeydə alınıb - 3.6 milyard dollar; Növbəti ildə isə itkilər 2.61 milyard dollara düşüb.

Top
0.043377161026001