Pakistanın Baş naziri Şahbaz Şərif fevral ayının üçüncü həftəsində Azərbaycana səfər edəcək.
Kriminal.Az xəbər verir ki, bu barədə Pakistanın "The News International" nəşri məlumat yayıb.
Məlumatda qeyd olunur ki, səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq.
Səfər çərçivəsində Azərbaycanla Pakistan arasında iqtisadi əməkdaşlığa xidmət edən bir sıra sazişlərin bağlanacağı qeyd olunur.