Masallıda zəhərlənərək dünyasını dəyişən deyilən qızın ölüm səbəbi meningit olub.
Bu barədə Kriminal.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumatda qeyd olunub.
"Yanvarın 4-də saat 00:20-də 1995-ci il təvəllüdlü 1 nəfər (qadın cinsli) dəqiqləşdirilməmiş meningit diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Vəziyyəti ağır qiymətləndirilən şəxsə bütün zəruri tibbi müdaxilələrin göstərilməsinə baxmayaraq, yanvarın 10-u saat 09:40-da ölüm faktı qeydə alınıb", - qurumdan bildirilib.
Aygün Mirakif
Masallıda 30 yaşlı qız zəhərlənərək ölüb.
Kriminal.Az "Report"a istinadla xəbər verir ki, Babaser kənd sakini, 1995-ci il təvəllüdlü Dünya Güləbala qızı Ağayeva yanvarın 4-də dəqiqləşdirilməmiş dərman zəhərlənməsi diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə daxil olub.
Göstərilən tibbi yardımlara baxmayaraq, D.Ağayeva yanvarın 10-da müalicə aldığı xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.