"Birləşmiş Ştatlar Suriyadakı PKK/YPG terrorçularına dəstəyini kəsəcəkmi? ABŞ-nin dövlət katibi Antoni Blinken Vaşinqtonun silahlı qruplara dəstək verməyə hazır olduğunu bildirib, ABŞ-nin müdafiə naziri Lloyd Ostin isə PKK/YPG-nin Suriya ordusuna qatılmağa hazırlaşdığını bildirib. Baş verən hadisələrin fonunda isə terrorçu qruplar ABŞ və Fransadan dəstək istəyir".
Kriminal.Az xəbər verir ki, bu barədə "Haber Global" televiziya kanalında yayımlanan süjetdə qeyd olunub.
Suriyadakı mövcud siyasi durumu təhlil edən müəllif vurğulayıb ki, hazırda istər Vaşinqtondan, istərsə də Avropanın aparıcı dövlətləri tərəfindən Suriyadakı siyasi vəziyyətlə bağlı ziddiyyətli açıqlamalar verilir.
"Haber Global"da ABŞ rəsmilərinin PKK/YPG ilə bağlı ziddiyyətli mövqeyi təhlil edilib