Bakıda müştəri kafedə qəfil ölüb.
Kriminal.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X.Xasməmmədov küçəsində yerləşən kafelərin birində baş verib.
Qəsəbə sakini 63 yaşlı Əliyar Əliməhəmməd oğlu Məmmədov obyektdə qəfil dünyasını dəyişib. Onun infarkt keçirərək öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.