Bakıda bir ay əvvəl yıxılan kişi ölüb.
Kriminal.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə ötən il dekabrın 8-də Nizami rayonu ərazisində baş verib.
54 yaşlı Qasım Qalib oğlu Əsgərov yıxılaraq ağır travma alıb. O, bir ay müddətində Kliniki Tibbi Mərkəzdə müalicə alsa da, həyatını xilas etmək mümkün olmayıb və bu il yanvarın 8-də həmin xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.