kriminal.az
Yağış və qrunt suları sakinlər üçün çətinlik yaradıb

Yağış və qrunt suları Xəzər rayonu, Binə qəsəbəsi, "Bakavtomat zavodu" adlanan ərazidə çətinlik yaradıb.

Kriminal.Az "Xəzər TV"yə istinadla xəbər verir ki, sakinlərin sözlərinə görə, illərdir yağış və qrunt suları onların yollarını keçilməz edib.

Sakinlər problemlə əlaqədar Xəzər Rayon İcra Hakimiyyətinə və ərazi üzrə bələdiyyəyə müraciət ediblər. Lakin vəziyyət dəyişməz olaraq qalıb.

Məsələ ilə əlaqədar Xəzər Rayon İcra Hakimiyyətindən bildirilib ki, problemlə bağlı rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisələrin texnikaları cəlb edilməklə yağış sularının kənarlaşdırılması işləri həyata keçirilib.

Qeyd olunan işlərin davam etdirilməsi, həmçinin ərazidə drenaj sisteminin quraşdırılması məqsədilə Rayon İcra Hakimiyyəti tərəfindən ötən ay Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə müraciət ünvanlanıb.

Ətraflı süjetdə:

Yağış və qrunt suları sakinlər üçün çətinlik yaradıb

Top
0.045992136001587