Bir yaşlı Banunun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Kriminal.Az-a onun anası Fəridə Musazadə məlumat verib.
O bildirib ki, övladı ehtiyatsızlıq səbəbindən yanıb.
"Banu bir yaş beş aylıqdır. Noyabrın 24-ü ehtiyatsızlıq səbəbindən üzərinə qaynar su tökülüb. Həmin gün biz onu Bakıda yerləşən xəstəxanalardan birinə yerləşdirdik. Biz orada bir aya yaxın müalicə aldıq. Hazırda evə çıxmışıq".
Gənc ana övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib.
"Banunun sinəsi, qolları və üzü yanıb. Hazırda onun müalicəsini davam etdirmək üçün 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirik".
Ailə ilə əlaqə: (055) 536-37-83.
Kapital Bank: 4169 7388 4649 9188.