kriminal.az
Bakıda yaşayış binasında YANĞIN

Bakı şəhərinin Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yanğın olub.

Kriminal.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, hadisə zamanı ümumi sahəsi 35 m² olan birotaqlı mənzildə 1 ədəd televizor və televizor altlığı yanıb, yüksək temperaturdan 1 ədəd pəncərə çərçivəsi qarsalanıb. Mənzil yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Top
0.046883106231689