İspaniya La Liqasının 19-cu turunda "Atletiko" (Madrid) "Osasuna" ilə üz-üzə gəlib.
Kriminal.Az xəbər verir ki, matç 1:0 hesabı ilə madridlilərin xeyrinə başa çatıb.
Matçda yeganə qolu 55-ci dəqiqədə "Atletiko"nun hücumçusu Xulian Alvares vurub.
Qeyd edək ki, hazırda "Atletiko" 44 xalla La Liqada turnir cədvəlinə başçılıq edir.