Sumqayıt şəhərində bir nəfər avtomobildə yanaraq ölüb.
Kriminal.Az Xəzər TV-yə istinadən xəbər verir ki, avtomobilin sahibi Rusif Nəzərov bildirib ki, hadisə səhər saat 6 radələrində baş verib.
Avtomobilin alovlandığını görən qonşular yanğına müdaxilə etməyə çalışıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Avtomobildə ölən şəxsin kimliyi hələ ki bəlli deyil. Onun oğurluq məqsədilə avtomobilə daxil olduğu iddia edilir.
Faktla bağlı araşdırma aparılır.
Ətraflı süjetdə:
Sumqayıt şəhərində kişi avtomobildə yanaraq ölüb.
Fövqəladə Hallar Nazirliyindən Kriminal.Az-a verilən xəbərə görə, KIA markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.