kriminal.az
Siyəzəndə yaşayan sakinlər su problemindən ŞİKAYƏTÇİDİRLƏR

Siyəzən rayonunun Dağ Quşçu kənd sakinləri su problemindən şikayətçidirlər.

Kriminal.Az Xəzər TV-yə istinadən məlumat verir ki, sakinlərin sözlərinə görə, suyun olmaması həm əhalinin yaşayış şəraitinə, həm də təsərrüfat fəaliyyətinə ciddi təsir göstərir.

Məsələ ilə bağlı Siyəzən Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirilib ki, ərazi uzaq olduğuna görə ciddi çətinliklər var, lakin alternativ variantlar nəzərdə tutulur.

Digər bir neçə kənddə olduğu kimi Dağ Quşçu kəndinə də şəhər mərkəzindən su xəttinin çəkilməsi planlaşdırılır.

Ətraflı süjetdə:

Siyəzəndə yaşayan sakinlər su problemindən ŞİKAYƏTÇİDİRLƏR

Top
0.044599056243896