Yaponiya Müdafiə Nazirliyi hipersəs raketlərin buraxılışını qeydə almaq üçün Beynəlxalq Kosmik Stansiyaya (BKS) yük çatdıracaq yeni HTV-X kosmik gəmilərindən istifadə etməyi planlaşdırır.
Kriminal.Az xəbər verir ki, bu barədə "Nikkei" nəşri məlumat yayıb.
Məlumata görə, ilk HTV-X yük gəmisinin 2026-cı ilin martınadək BKS-ə göndərilməsi planlaşdırılır.
BKS-ə yükləri çatdırdıqdan sonra o, təxminən bir il ərzində hipersəs döyüş bloklarının buraxılışını və uçuşunu qeydə almaq üçün quraşdırılmış infraqırmızı avadanlığı sınaqdan keçirərək Yer ətrafında fırlanacaq.
Bu sensorlar sonradan hazırda Yaponiyada ABŞ ilə əməkdaşlıq çərçivəsində hazırlanan casus peyklərində quraşdırılacaq.