kriminal.az
Tailandda partlayış baş verib: Xəsarət alanlar var

Tailandın cənubunda yerləşən Pattani əyalətində polis məntəqəsinin yaxınlığında yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində yerli müdafiə qüvvələrindən 10 tailandlı könüllü yaralanıb.

Kriminal.Az-ın məlumatına görə, bu barədə "Bangkok Post" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, bomba motosiklə bərkidilib və polis əməkdaşları və yerli müdafiə qüvvələrinin hərbiləşdirilmiş dəstələrini təmsil edən reyncerlərin səhər düzülüşü zamanı partlayıb.

Qeyd edək ki, Tailandın müsəlmanlar yaşayan cənubunda münaqişə 70 ildən çoxdur davam edir. Silahlı birləşmələr, xüsusilə 2004-cü ildən etibarən fəal şəkildə hərəkət edirlər. Onlar regionun ayrılması və Pattani, Yala və Narathivat əyalətlərinin ərazisində sultanlığın yaradılması uğrunda mübarizə aparırlar. Münaqişənin kəskinləşməsindən sonra regionda yeddi mindən çox insan həlak olub, 13 mindən çox insan xəsarət alıb. Döyüşçülər bu əyalətlərdə vaxtaşırı polis əməkdaşlarına və yerli müdafiə qüvvələrinə hücum edirlər. Bu regionlar məşhur turizm marşrutlarından uzaqda yerləşir, buna görə də turistlər üçün təhlükə yaratmır.

Top
0.043308973312378