kriminal.az
Rüfət Nasosnu ilə türk müğənni arasında nə baş verib?

Meyxanaçı Rüfət Nasosnu türkiyəli sənətçi Ahmet Enesə 1 500 dollar məbləğində cərimə ödəməli olması ilə bağlı məsələyə aydınlıq gətirib.

Kriminal.Az xəbər verir ki, meyxanaçı "Qaynarinfo"ya açıqlamasında sözügedən cəriməni ödəməyəcəyini bildirib:

"Bununla bağlı türkiyəli müğənni "Instagram" hesabında da yazmışdı. Hadisə 2013-cü ildə olub. Cəriməni ödəmədim. Mahnını sildim".

Xatırladaq ki, meyxana ifaçısı Rüfət Nasosnu 2013-cü ildə türkiyəli sənətçi Ahmet Enesə aid olan "Get" adlı mahnını ifa edib. Buna görə sənətçinin komandası ona 1 500 dollar məbləğində cərimə tələbi ilə bağlı xəbərdarlıq məktubu göndərib.

Top
0.04783821105957