kriminal.az
Türkiyə Superliqası: Tarixinin ən erkən qolunu buraxan

Türkiyə Superliqasında 19-cu turun "Konyaspor" - "Fənərbağça" görüşü başa çatıb.

Kriminal.Az xəbər verir ki, qarşılıqlı qollarla keçən matçda qələbəni qonaqlar bayram ediblər - 2:3.

Matçın 25-ci saniyəsində meydan sahiblərindən Pedrinyonun vurduğu qol isə tarixə keçib. Belə ki, bu, "Fənərbağça"nın indiyədək buraxdığı ən erkən qol olub.

Səfər qələbəsindən sonra "sarı-lacivərdlər" xallarını 42-yə çatdırıb. Hazırda ikinci pillədəki "Fənər" lider "Qalatasaray"dan 8 xal geri alır. "Konyaspor" isə 20 xalla turnir cədvəlində 15-cı sırada qərarlaşıb.

Top
0.046654939651489