kriminal.az
Fələstin-İsrail münaqişəsində dönüş nöqtəsi: HƏMAS atəşkəsə

Fələstin mənbələri İsrail-Fələstin münaqişəsində kritik qərarın verildiyini və HƏMAS-ın atəşkəs razılaşmasını qəbul etdiyini açıqlayıb.

Kriminal.Az "Haber Global"a istinadən məlumat verir ki, HƏMAS İsrail ordusunun Qəzzanın şəhər mərkəzindən çıxarılmasını nəzərdə tutan xəritəni aldıqdan sonra saziş layihəsinə müsbət cavab verib.

İsrailin təhlükəsizlik kabineti və hökuməti bu gün Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmasını səsverməyə çıxaracaq.

Məlumata görə, iclasa hazırlıq görülərkən bəzi nazirlərin tədbirləri ləğv edilib.

HƏMAS rəhbərliyinin də razılaşmaya müsbət cavab verdiyi bildirilir. Fələstinli mənbənin sözlərinə görə, atəşkəs danışıqlarında irəliləyiş əldə olunub və sabah razılaşmanın elan ediləcəyi gözlənilir. Razılaşma elan edildikdən sonra 24-48 saat ərzində atəşkəsin başlayacağı bildirilir.

Razılaşmanın baş tutduğunu "Axios" nəşri də qeyd edir. Bildirilir ki, ilkin mərhələdə 33 israilli girov azad ediləcək. Lakin "Ynet" HƏMAS-ın son anda İsrail üçün qəbuledilməz tələb irəli sürdüyünü yazır.

Top
0.046813011169434