Yanvarın 15-də Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan XİN-ə çağırılıb. Buna səbəb cari il yanvarın 12-də Ümumrusiya Dövlət Televiziya kanalında yayımlanan "Vesti nedeli" proqramında aparıcı Dmitri Kiselyovun Zəngəzur dəhlizinin açılmasının vacibliyi barədə səsləndirdiyi fikirlər olub. Ermənistan XİN-də səfirə müvafiq etiraz notası da təqdim edilib. Bəs görəsən, rusiyalı siyasətçilər və ölkə vətəndaşları İrəvanın bu hərəkətini necə şərh edirlər?
Kriminal.Az xəbər verir ki, bu barədə NEWS.ru material hazırlayıb.
Rusiya Dövlət Dumasının deputatı Mariya Butina bildirib ki, Rusiya səfirinin televiziya verilişlərinə görə Ermənistan Xarici İşlər Nazirliyinə çağırılması ilk dəfə deyil. 2023-cü ilin oktyabrında da analoji hadisə yaşanıb.
Dövlət Dumasının Beynəlxalq Münasibətlər Komitəsinin sədri Leonid Slutski hadisələrin bu cür inkişafını hakimiyyətdən gedən Baydenin Rusiyaya "hədiyyəsi" adlandırıb.
"ABŞ ilə strateji tərəfdaşlığın inkişafı Ermənistanın suveren hüququdur. Biz başa düşürük ki, İrəvan yalnız "junior" prefiksi ilə və sırf ABŞ-nin qaydalarına uyğun olaraq Vaşinqtonun tərəfdaşı ola bilər", - deyə Slutski vurğulayıb.
Deputat Aleksey Juravlyov ermənilərə xəbərdarlıq edib:
"Ukrayna layihəsi başa çatmaq üzrədir və ABŞ təcili olaraq sürətlə azalan ukraynalıları əvəz edəcək canlı qüvvə axtarır. Hazırkı mühitdə bunun üçün elə də çox namizəd yoxdur: Ermənistan və Moldova. ABŞ sadəcə olaraq aldadır. Ermənistan öz əhalisini aldadaraq, onları "Qafqazda rusofob anklav" kimi yetişdirir", - Juravlyov bəyan edib.
Sadə rusiyalılar da "Telegram"da etirazlarını bildirirlər. Rusiya səfirinin daim "xalça üzərinə" çağırılması onları narahat edir.
"Onlar lap ağını çıxarıblar. Mən başa düşmürəm ki, ermənilər və Paşinyan Rusiyanın onlar üçün etdiklərini niyə belə tez unudublar. Onları layiqincə cəzalandırmaq lazımdır; "Qoy Amerika görsün ki, ermənilər də cəsurdur"; "Ən demokratik Amerika hərbi bazaları və sistemləri bu şəkildə Rusiyanın cənubunu izləyəcək və İrana daha yaxın olacaq", - istifadəçilər yazırlar.