"Google" axtarış sisteminin dünya üzrə payı doqquz ildə ilk dəfə azalıb.
Kriminal.Az xəbər verir ki, bu barədə "Statcounter" məlumat yayıb.
"Google"un qlobal axtarışda payı 2015-ci ildən bəri ilk dəfə olaraq 90%-dən aşağı düşüb. Belə ki, 2024-cü ilin oktyabrında "Google"un axtarış payı 89,34%-ə, noyabrda 89,99%-ə, dekabrda isə 89,73%-ə düşüb.
Öz növbəsində, "Google"un itirilmiş axtarış trafiki tədricən "Bing", "Yandex" və "Yahoo" arasında bölüşdürülüb.