Cənubi Koreyada ölkə prezidentinin mühafizə xidmətinin rəisi səlahiyyətlərini yerinə yetirən Kim Son Hun saxlanılıb.
Kriminal.Az-ın məlumatına görə, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Kim Son Hun Seulda ifadə vermək üçün Milli İstintaq İdarəsinin qərargahına girən kimi həbs edilib. O, yanvarın 3-də Cənubi Koreya prezidenti Yun Sok Yolun həbsinə mane olmaqda ittiham edilir.
Qeyd olunub ki, bundan əvvəl Kim Son Hun üç dəfə dindirməyə gəlməyib və bu da onun həbsi üçün order verilməsinə əsas olub.
Kim Son Hun saxlanılmazdan əvvəl "təhlükəsizliyin təmin edilməsi üzrə qanuni vəzifələrini" yerinə yetirdiyini bildirib.
Agentliyin məlumatına görə, hüquq-mühafizə orqanları yanvarın 15-də prezidentin həbsi üçün ikinci orderin icrası zamanı keçmiş rəis müavini Kimi həbs etməyi planlaşdırıblar, lakin Cənubi Koreya liderinin xahişi ilə həbs orderini yerinə yetirməyiblər.
Xatırladaq ki, 2024-cü il dekabrın 3-də prezident Yun Sok Yol müxalifəti Şimali Koreyaya casusluqda günahlandıraraq respublikada hərbi vəziyyət elan edib. Bir neçə saat sonra hərbi vəziyyət ləğv olunub. Dekabrın 14-də parlament ölkə başçısına impiçment elan edib. Yanvarın 3-də müstəntiqlərə dövlət başçısını həbs etmək üçün iqamətgaha getsələr də, mühafizə xidməti buna imkan verməyib. Onlarla beş saat yarımlıq qarşıdurmadan sonra müstəntiqlər kompleksi tərk ediblər. Yanvarın 15-də prezident .