Rusiyadan İrana qaz kəməri Azərbaycandan keçəcək.
Kriminal.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Energetika Nazirliyinin rəhbəri Sergey Tsivilyov məlumat verib.
Qeyd olunur ki, tərəflər hazırda danışıqların yekun mərhələsindədir və qiymət barədə razılığa gəlirlər, lakin həcmlər artıq müəyyən edilib.
Tsivilyovun sözlərinə görə, İranın "Qazprom"la Azərbaycan vasitəsilə respublikaya qaz tədarükünə dair razılaşması hazırda kiçik həcmə (ildə 2 milyard kubmetrdən çox) hesablanıb. Lakin bu, texnologiyanın sınaqdan keçirilməsində ilk addımdır. Sonrakı tədarüklər ildə 55 milyard kubmetrə qədər arta bilər.