kriminal.az
Böyük Britaniyanın Tehrandakı yeni səfiri iranlılara videomüraciət yayımladı

Böyük Britaniyanın Tehrandakı yeni səfiri Hüqo Şorter iranlılara videomüraciət yayımlayıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.

Məlumata görə, yeni səfir videomüraciətində Böyük Britaniya və İran arasındakı siyasi fikir ayrılıqlarına toxunub və diplomatiyanın gələcəkdə bir çox problemin həllini tapacağına ümid etdiyini bildirib.

Xatırladaq ki, ötən həftə Hüqo Şorter İran Prezidenti Məsud Pezeşkiana etimadnaməsini təqdim edib və rəsmi olaraq Britaniyanın İrandakı səfiri kimi vəzifəsinin icrasına başlayıb.

Həm fars, həm də ingilis dillərində yazılan şərhdə Şorter fars dilini öyrəndiyini də açıqlayıb.

Qeyd etmək lazımdır ki, Böyük Britaniyanın Tehrandakı keçmiş səfiri Saymon Şerkliff fars dilində sərbəst danışırdı.

Top
0.04565691947937