İspaniya nəhəngi "Barselona" bu dəfə sosial mediada rekorda imza atıb.
Kriminal.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi "YouTube"da 20 milyon abunəçiyə çatan ilk futbol komandası olub.
Qeyd edək ki, "Barsa"nın əzəli rəqibi "Real Madrid"in isə "YouTube"da 16,3 milyon abunəçisi var.