kriminal.az
Husilər İsrailin Müdafiə Nazirliyinin binasını vurdular

Yəmənin "Ənsar Allah" üsyançı hərəkatı ballistik raketlə İsrailin Təl-Əvivdəki Müdafiə Nazirliyinin binasına hücum edib.

Kriminal.Az TASS-a istinadən xəbər verir ki, bu açıqlama ilə qiyamçıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Səriya çıxış edib.

"Raket qüvvələri işğal altında olan Yaffa bölgəsində (Təl-Əviv - red.) İsrailin Müdafiə Nazirliyinə məxsus binaya Zülfüqar ballistik raketi ilə zərbələr endirib", - Səriya bildirib.

Ordunun Mətbuat Xidməti qeyd edib ki, İsrail Hərbi Hava Qüvvələri Yəməndən atılan raketi uğurla dəf edib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Top
0.048298835754395