kriminal.az
Ebru Gündeşin keçmiş əri Rza Zərrab Mayamidə evləndi: Üç gün davam edən toy

Məşhur türkiyəli müğənni Ebru Gündeşin keçmiş əri Rza Zərrab şirkətdə rəhbər assistenti işləyən Dilara Altıntop ilə Mayamidə evlənib.

Bu barədə Kriminal.Az Sondakika.com-a istinadən xəbər verir.

Xatırladaq ki, ABŞ-də yaşayan Rza Zərrab 2021-ci ildə Ebru Gündeş ilə 11 illik evliliyinə son qoyub.

Məlumata görə, Türkiyədən İbrahim Tatlıses, Derya Tuna və Demet Akalın kimi çox sayda məşhurun qatıldığı 150 nəfərlik toy mərasimi üç gün davam edib.

Rza Zərrab və Dilarə Altıntopun üç gün davam edən toyundan ilk fotolar da dərc edilib.

Qeyd edək ki, Dilara Altıntop ABŞ-nin Boston Universitetində hüquq assistenti proqramını bitirib. Daha əvvəl "Fənərbağça" klubunda peşəkar üzgüçü kimi çıxış edib. Eyni zamanda, Türkiyə milli üzgüçülük komandasının keçmiş üzvüdür və bu sahədə karyerasını davam etdirmək üçün əvvəlcə İstanbula, daha sonra təhsil və karyera imkanlarını dəyərləndirmək üçün ABŞ-yə köçüb.

Top
0.045936822891235