kriminal.az
İsrail 33 girovun müqabilində 1890-dan çox fələstinlini azad edəcək

İsrail razılaşmanın birinci mərhələsində radikal HƏMAS hərəkatının saxladığı 33 girov müqabilində 1890-dan çox fələstinli məhbusu azad edəcək.

Kriminal.Az-ın verdiyi xəbərə görə, bu barədə Misir Xarici İşlər Nazirliyi bildirib.

"42 gün davam edəcək birinci mərhələdə HƏMAS İsrailin 1890-dan çox məhbusun azadlığı müqabilində 33 girovu azad edəcək", - idarənin "Facebook" səhifəsində dərc olunan mətndə deyilir.

"Biz vasitəçilərin Qəzza razılaşmasını üç mərhələdə həyata keçirilməsini təmin etmək öhdəliyini bir daha təsdiqləyirik", - Misir Xarici İşlər Nazirliyi vurğulayıb.

Top
0.050000905990601