"Kəpəz" yeni transferini reallaşdırıb.
Kriminal.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, Gəncə təmsilçisi Tacikistan milli komandasının yarımmüdafiəçisi Şervoni Mabatşoevlə müqavilə imzalayıb. 24 yaşlı futbolçu ilə 6 ay + 1 il müddətinə müqavilə bağlanılıb:
"Karyerasında ilk dəfə legioner həyatı yaşayan Şervoni buna qədər vətənində "İstiklol"da çıxış edib. Ş.Mabatşoev yığmasının heyətində 29 oyuna çıxıb və 6 qolla yadda qalıb".