Fələstinin radikal HƏMAS hərəkatı İsrailə azad ediləcək girovların siyahısını təqdim etməyənə qədər Qəzza zolağında atəşkəs başlamayacaq.
Kriminal.Az-ın xəbərinə görə, bu barədə N12 telekanalı İsrailin baş naziri Benyamin Netanyahunun ofisinə istinadən məlumat yayıb.
Qeyd edək ki, atəşkəs Bakı vaxtı ilə saat 10:30-a planlaşdırılıb.