Türkiyədə Konyanın Beyşehir rayonunda turistləri daşıyan mikroavtobusun minik avtomobili ilə toqquşması nəticəsində ata və oğlu ölüb, 6 nəfər yaralanıb.
Kriminal.Az "Haber Global"a istinadən xəbər verir ki, hadisə Beyşehir-Antalya magistral yolunda baş verib.
Avtomobildə olan Eyüp Eyi hadisə yerində, oğlu Mehmet Eyi isə xəstəxanada vəfat edib.
Mikroavtobusda olan 5 turist Beyşehir Dövlət Xəstəxanasına aparılıb.
Turistləri daşıyan mikroavtobusun Kapadokiyadan Antalyaya getdiyi məlum olub.