Rusiya və Gürcüstan sərhədində "Yuxarı Lars" keçid məntəqəsinin qarşısında müxtəlif ölkələrdən 1 325 yük maşını növbədə qalıb.
Kriminal.Az xəbər verir ki, bu barədə "Sputnik" yazır.
Bildirilir ki, yük maşınlarının təxminən 400-ü Ermənistana məxsusdur.
Qeyd edək ki, Gürcüstan Hərbi Magistralı Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur. Marşrut Vladiqafqazdan Tbilisiyə qədər, "Yuxarı Lars" sərhəd-keçid məntəqəsindən keçir.