kriminal.az
Ermənistan istehsalı olan suyu içərək ölən iş adamının ailəsi təzminat tələb edir

Rusiyada məşhur olan "Cermuk" mineral suyunu istehsal edən Ermənistanın "Cermuk Qrup" QSC-yə, onun Rusiyadakı nümayəndələrinə və distribütoruna qarşı 1,5 milyard rubl (təxminən 249 milyon manat - red.) dəyərində iddia qaldırılıb.

Kriminal.Az xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Xatırladaq ki, keçən ilin fevral ayında vladiqafqazlı iş adamı Oleq Qusov bu mineral suyu içdikdən sonra yanıqlardan ölüb - şüşə butulkada qabların yuyulması üçün istifadə olunan sirkə turşusu olub.

Top
0.046527862548828