Kanadanın baş naziri postuna namizəd, ukraynaəsilli Xristya Friland rəsmi şəkildə seçkiqabağı kampaniyasına başlayıb və özünü ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla mübarizə aparmaq üçün ən yaxşı namizəd adlandırıb.
Kriminal.Az-ın xəbərinə görə, bu barədə "Bloomberg" agentliyi məlumat verib.
Friland ABŞ-yə iqtisadi təzyiq göstərmək üçün cavab rüsumlar da daxil olmaqla, ölkəsi üçün mübarizə aparacağına söz verib.
Siyasətçi bəyan edib ki, ABŞ Kanadanı vursa, Ottava buna cavab verəcək.
Xristya Friland əmin edib ki, ABŞ rüsumlarına qarşı "dollara dollar" şəklində cavab tədbirləri tətbiq edəcək və bununla da ABŞ-nin indiyə qədər heç vaxt üzləşmədiyi ən böyük ticarət zərbəsi vuracaq.
Agentliyin məlumatına görə, Frilandın çıxışı Fələstin tərəfdarı olan etirazçılar tərəfindən dəfələrlə kəsilib, onlardan biri qısa müddətə səhnədə Fələstin bayrağını da qaldırıb.