Türkiyənin Hələbdəki baş konsulluğu təxminən 13 illik fasilədən sonra işə başladı.
Kriminal.Az-ın məlumatına görə, bu barədə TRT kanalı görüntülər yayımlayıb.
Kadrlarda diplomatik nümayəndəliyin binası üzərində Türkiyə dövlət bayrağının qaldırılması əks olunub.
Bildirilir ki, baş konsulluq tədricən işçi heyətini artıracaq və əhaliyə xidmət göstərməyə başlayacaq.
Türkiyənin Dəməşqdəki müvəqqəti işlər vəkili Burhan Keroğlu mərasimdə bildirib ki, "Bəəs" Partiyasının hakimiyyətdən getməsindən sonra Ankara Suriyanın əsl sahibləri ilə əlaqələr qurub ki, bu da ölkənin inkişafına töhfə verəcək.
"Uzun illər ərzində qəbul etdiyimiz suriyalı qardaşlarımızın öz vətənlərinə təhlükəsiz qayıtması üçün əlimizdən gələni edəcəyik. Türkiyə ilə Suriya arasında münasibətlər inkişaf edəcək, biz Suriyanın dünyaya açılması proseslərini dəstəkləyəcəyik", - deyə o bildirib.
Xatırladaq ki, dekabrın 14-də Türkiyənin Dəməşqdəki bərpa edilib. Türkiyənin Suriyadakı səfirliyi 2012-ci ilin martından bəri fəaliyyət göstərmirdi. Bu, Suriya daxili münaqişəsinin həlli yolları ilə bağlı ciddi siyasi fikir ayrılıqları fonunda iki ölkə arasında münasibətlərin maksimum soyuduğu dövr idi. Hələbdəki baş konsulluq 2012-ci ilin iyulunda fəaliyyətini dayandırıb.