Kubanın hakimiyyət orqanları nəticəsində həlak olan hərbçilərin xatirəsinə yanvarın 20-ni matəm günü elan edib.
Kriminal.Az-ın xəbərinə görə, bu barədə ölkə Prezidenti Migel Dias-Kanel Bermudes "X" sosial şəbəkəsində məlumat verib.
Xatırladaq ki, yanvarın 7-də səhər saatlarında hərbi texnika istehsalı müəssisəsində qəza baş verib. İlkin məlumatlara görə, na qısaqapanma səbəb olub. Hadisə nəticəsində 13 hərbçi həlak olub.
"Olqin hərbi dairəsində hərbi materialların saxlandığı tikinti meydanında həlak olan igid əsgərlərin xatirəsinə yanvarın 20-si səhər saat 6-dan gecəyarısına qədər rəsmi matəm günü elan etmişik", - deyə Bermudes paylaşımda bildirib.