Serbiyanın paytaxtı Belqradda yerləşən qocalar evində baş verən yanğında səkkiz nəfər ölüb, yeddi adam xəsarət alıb.
Kriminal.Az xəbər verir ki, məlumatı Serbiyanın əmək, məşğulluq, veteranlar və sosial işlər naziri Nemanya Staroviç də təsdiq edib.
"Qeyd edim ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çox çevik hərəkət edərək, 13 nəfəri faktiki olaraq evakuasiya edərək xilas ediblər. İlk növbədə, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm", - deyə N. Staroviç bildirib.
Yanğına qocalar evinin otaqlarının birində döşəyi yandıran şəxsin səbəb olduğu versiyasına baxılır.