Co Bayden ABŞ prezidentliyinin son saatlarında ailə üzvlərini əfv edib.
Kriminal.Az xəbər verir ki, Ağ Evin rəsmi saytında yayımlanan açıqlamada Bayden qardaşı Ceymsi və həyat yoldaşı Saranı, bacısı Valeri və əri Con T.Ouensi və qardaşı Frensisi əfv etdiyini bildirib.
"Mənim ailəm davamlı hücumlara və təhdidlərə məruz qalır, bu, sırf mənə zərər vermək istəyi ilə əsaslandırılır. Təəssüf ki, bu hücumların dayanacağına inanmaq üçün heç bir əsasım yoxdur", - Bayden deyib.
ABŞ Prezidenti Co Bayden varisi Donald Trampın (yanvarın 20-də vəzifəsinə başlayacaq) təqiblə hədələdiyi bir sıra şəxsləri əfv edib.
Kriminal.Az-nı TASS-a istinadən xəbərinə görə, bu barədə vəzifəsindən gedən ABŞ liderinin bəyanatında bildirilib.
Əfv olunanlar arasında ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəislərinin Birgə Komitəsinin keçmiş rəhbəri, general Mark Milli, Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitutunun keçmiş direktoru Entoni Fauçi, həmçinin 2021-ci ilin əvvəlində Kapitoliyə hücumu araşdıran Konqresin Nümayəndələr Palatasının xüsusi komitəsinin üzvləri, Kapitoli polisinin əməkdaşları və bu işdə ifadə verən məmurlar, eləcə də, Kolumbiya dairəsinin polisi də var.