"Yalnız 2 cins var: kişi və qadın".
Kriminal.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Konqresin mərkəzi zalında inaqurasiya nitqi ilə çıxış edərkən deyib.
Trampın sözlərinə görə, tanrı ABŞ-ni yenidən böyük etmək üçün onu sui-qəsddən xilas edib.
"Birinci addım olaraq cənub sərhədimizdə fövqəladə vəziyyət elan edəcək, ora qoşunlar göndərəcəyəm. Bütün qeyri-qanuni girişlər dərhal dayandırılacaq. Panama kanalını geri alacağıq. Meksika körfəzinin adını dəyişdirəcəyəm", - deyə Tramp bəyan edib.
O, ABŞ-nin Paris İqlim Sazişindən çıxacağını da qeyd edib.