Belçikada Konqonun şərqində törədilən bir sıra vəhşiliklərə görə məsuliyyət daşıyan silahlı qruplar tərəfindən tədarük edilən mineralların "Apple" tərəfindən alınması ilə bağlı cinayət araşdırması başlanıb.
Kriminal.Az xəbər verir ki, bu barədə "Financial Times" (FT) məlumat yayıb.
Söhbət yaraqlıların nəzarətində olan mədənlərdə hasil edilən "qan minerallar" adlandırılan tantal, koltan, qalay, volfram və qızılın satin alınmasından gedir.
Məlumata görə, "Apple" bu işi şərh etməkdən imtina edib. Konqo Demokratik Respublikasının (KDR) hüquqşünasları, öz növbəsində, "Apple"ın bu fəaliyyətinin çirkli pulların yuyulması olduğunu, uşaq əməyinin və ətraf mühitin deqradasiyasına töhfə verdiyini iddia edirlər.
Xatırladaq ki, keçən ilin mayında artıq "Apple"ın Konqodan qaçaqmalçılıq materialları almaqda şübhəli bilindiyi barədə məlumat yayılmışdı. Məsələ ondadır ki, ən böyük smartfon istehsalçısı qadcetlərin istehsalı üçün qeyri-qanuni və cinayətkar təşkilatlardan qiymətli materiallar alır. Hüquqşünaslar bunu "qanlı minerallarının satın alınması" kimi qiymətləndirdilər.