Çinin idarə olunan "Şencou-19" ("Shenzhou-19") kosmik gəmisinin ekipajı Çin kosmik stansiyasında bir sıra süni fotosintez təcrübələri həyata keçirib.
Kriminal.Az xəbər verir ki, bu barədə Çinin "South China Morning Post" nəşri məlumat yayıb.
Belə ki, Çinin "Şencou-19" missiyasının ekipajı kosmosda oksigen, həmçinin raket yanacağı üçün lazım olan komponentlər istehsal edən süni fotosintez texnologiyasının dünyada ilk nümayişini uğurla həyata keçirib.