kriminal.az
Bələdiyyə seçkisində neçə seçki dairəsi üzrə üzv seçilib?

"Bələdiyyə seçkisindəki seçicilərin sayı 5 milyon 961 min 625 nəfərdir. 125 dairənin 7-si azad edilmiş ərazilərə düşür və seçki keçirilməyəcək. Buna görə də rəqəmlər ölkə üzrə seçicilərin sayından azdır".

Kriminal.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, 118 dairə üzrə 685 bələdiyyəyə üzv seçiləcək.

MSK sədri əlavə edib ki, bələdiyyə seçkisində 16 min 96 nəfər namizəd mübarizə aparacaq.

Məhərrəm Əliyev

Top
0.045590877532959