İsrail ordusunun Baş Qərargah rəisi general-leytenant Herzi Halevi istefa ərizəsini verdiyini açıqlayıb.
Kriminal.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
SAXAL-ın (İsrail Müdafiə Ordusu - red.) mətbuat xidməti tərəfindən yayılan rəsmi bəyanata görə, Halevi 2023-cü il oktyabrın 7-də Fələstin radikallarının hücumunu dəf edə bilməyən hərbçilərin məsuliyyətini etiraf edərək öz üzərinə götürüb.