UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunun oyunları keçirilib.
Kriminal.Az xəbər verir ki, turun ilk oyun günündə bir sıra maraqlı qarşılaşmalar baş tutub.
"Atletiko" öz meydanında "Bayer"i qəbul edib. Meydan sahibləri hesabda geri düşsələr də, geridönüş etməyi bacarıblar - 2:1.
"Liverpul" Enfilddə "Lill"i qonaq edib. Fransızlar 59-cu dəqiqədən azlıqda qalıblar. Say üstünlüyündən yararlanan mersisaydlılar qələbəni təmin ediblər - 2:1.
Digər qarşılaşmalarda "Brügge"-"Yuventus" matçında hesab açılmayıb - 0:0.
"Bolonya" ev oyunda "Borussiya Dortmund"dan üstün olub - 2:1.
"Srvena Zvezda" öz meydanında PSV-yə uduzub - 2:3.
"Ştutqart" səfərdə "Slovan Bratislava"ya qalib gəlib - 1:3.